Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ecenin bütün əşyaları müsadirə edildi - FOTOlar

Ecenin bütün əşyaları müsadirə edildi - FOTOlar

Tarix: 4 Yanvar 2024 18:30

Sosial şəbəkə fenomeni Ece Ronayın İstanbulun Bağdat ərazisindəki iş yerinə gələrək əşyaları götürülüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun əşyaları müsadirə edilərək yük avtomobilinə yığılıb.

Ece Ronay haqqında keçmiş həyat yoldaşı Mehmet Bilirin iş yerlərini atəşə tutdurması ilə bağlı bir müddət əvvəl araşdırma başladılıb. Araşdırma zamanı hadisədə əli olan şəxsin aşkarlanması çərçivəsində Ecenin evinə basqın edilib. Polis Ronayla birlikdə daha 5 şübhəlini göz altına alıb. 

Daha sonra tutulanlardan 3-ü həbs edilib, içərisində Ecenin də yer aldığı digər 3 nəfər daim kontrolda qalmaq şərtiylə evə buraxılıb.

Bu hadisədən sonra Ecenin iş yerinə polislər gəlib və bütün əşyalarını müsadirə ediblər.

Milli.Az


Etiketlər:  Ecenin bütün əşyaları müsadirə edildi FOTOlar


RƏYLƏR