Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 14:00
Türk musiqisinin əfsanələrindən olan Barış Manço həm mahnıları, həm də televiziya proqramı ilə milyonların sevgisini qazanıb. Bununla belə, sənətçinin həyatı ilə bağlı maraqlı bir fakt üzə çıxıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Barış Mançonun oğlu Doğukan Manço sənətçinin əsl adını açıqlayıb.
Qeyd edək ki, Barış Manço 2 yanvar 1943-cü ildə İstanbulda anadan olub. Onun anası musiqiçi Rikkat Uyanık, atası isə İsmayıl Hakkı Mançodur. Sənətçinin ilk adı Mehmet olub. Bu adı ona babası Mehmet Abdi Manço qoyub. Ancaq Barış Mançonun adı təkcə Mehmet deyildi. Belə ki, 1942-ci ildə yaxın qohumlarından biri olan Yusuf Ulcayın vəfatından sonra onun xatirəsinə sənətçiyə Yusuf adı verilib. Bundan başqa, Barış Manço 5,5 kilo ilə doğulduğu üçün xəstəxananın tibb bacıları ona Tosun deyirmiş. Belə ki, sənətçinin şəxsiyyət vəsiqəsindəki adı Tosun Yusuf Mehmet Barış Manço olub. Lakin Barış Manço 1954-cü ildə orta məktəbə gedərkən vətəndaşlıq qeydiyyatı şöbəsində Tosun Yusuf adlarını sildirib.
Türk musiqisinin əfsanələrindən olan Barış Manço 1970-ci ildə bəstələdiyi "Dağlar Dağlar" mahnısı ilə karyerasında dönüş nöqtəsinə çatıb.
Qeyd edək ki, Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.