Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şaxta baba maşın oğurladı - FOTO

Şaxta baba maşın oğurladı - FOTO

Tarix: 6 Yanvar 2024 10:18

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində Şaxta baba bölgə sakinlərini təbrik etmək üçün maşın oğurlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.

Məlumata görə, oğurlanan avtomobilin sahibi mağazaların birinin yaxınlığında Şaxta baba geyimində oğlanı görüb və onu gedəcəyi yerə qədər aparmağı təklif edib ki, şəhər sakinlərini təbrik edə bilsin.

Yolda sürücü maşını saxlayaraq mağazaya girib, qayıtdıqda isə maşını yerində görməyib. O, polisə müraciət edib. Tezliklə maşın, sonra isə Şaxta baba tapılıb.

Şaxta baba etiraf edib ki, avtomobil sahibini gözləməmək və Nijneudinsk sakinlərini təbrik etmək üçün maşını özü idarə etmək qərarına gəlib.

Lakin yolda idarəetməni itirərək qar yığınına çırpılıb, daha sonra da evə gedib. Şaxta baba elə öz evində tapılıb. Ona qarşı avtomobil oğurluğu maddəsi üzrə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Şaxta baba maşın oğurladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ