Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kilsənin çağırışı: Bakı İrəvanı o qədər zəiflətməlidir ki…

Kilsənin çağırışı: Bakı İrəvanı o qədər zəiflətməlidir ki…

Tarix: 7 Yanvar 2024 08:50

Paşinyan hakimiyyəti II Qareginin bu mövqeyini bölüşmür. Qareginin Yeni il günü müraciətinin İctimai TV-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma "artsax"dan bəhs etməsindən qaynaqlanır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı erməni katolikosu II Qareginin İrəvanın əsas kilsəsində keçirilən mərasimində qondarma "artsax"ın onlar üçün heç vaxt keçmişə çevrilməyəcəyi haqda açıqlamasına münasibətində qeyd edib.

"Baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, Azərbaycan üçün bir nəticəni də ortaya çıxarır: ermənilər Qarabağ iddiasından asanlıqla əl çəkməyəcək, çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub və onların siyasətə də, diaspora da kifayət qədər təsiri var.

Və bu, Azərbaycanı iki istiqamətdə hərəkət etməyə vadar edir:

1. Ermənistanla sülh sazişini revanşizm meyillərinin olmayacağı zəmanəti ilə imzalamaq və bu ölkənin üzərinə maksimum öhdəlik qoymaq;

2. Sülh sazişi imzalansa belə, daim "tətikdə" dayanmaq, Ermənistanı ərazi iddialarını yenidən dilə gətirmək imkanı olmayacaq qədər zəiflətmək.

Əks təqdirdə, məhz sülh naminə sülh bağlamaq ermənilərə zaman qazandıra bilər", - politoloq vurğulayıb.


Etiketlər:  Kilsənin çağırışı Bakı İrəvanı qədər zəiflətməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ