Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ilə Krımı birləşdirən dəmir yolu bombalandı

Rusiya ilə Krımı birləşdirən dəmir yolu bombalandı

Tarix: 7 Yanvar 2024 13:42

Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmir yolunu dağıdıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko Teleqramda yazıb.

O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib.

Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb.

Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.

Milli.Az


Etiketlər:  Rusiya ilə Krımı birləşdirən dəmir yolu bombalandı


RƏYLƏR