Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kədərli gözlərin üçün darıxacam”

“Kədərli gözlərin üçün darıxacam”

Tarix: 7 Yanvar 2024 18:45

Xalq artisti Flora Kərimova gecə saatlarında vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən yazır ki, sənətçinin fotosunu paylaşan Kərimova kədərini dilə gətirib:

"Aygünüm... Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam, qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam. Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm".

Milli.Az


Etiketlər:  Kədərli gözlərin üçün darıxacam


RƏYLƏR