Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarovadan AB-yə: Əvvəlcə vaksin yaradın, sonra ordu...

Zaxarovadan AB-yə: Əvvəlcə vaksin yaradın, sonra ordu...

Tarix: 7 Yanvar 2024 19:44

Avropa Birliyi ordu yaratmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.

"AB ordusu? Bəlkə Covid-ə qarşı öz peyvəndinizi yaratmaqla başlamalıyıq? Yaxud beynəlxalq öhdəliklərimizə uyğun olaraq AB sərhədlərini humanist şəkildə qorumağı öyrənək? Qaçqınlar və miqrantlar məsələsini həll edək? Və yalnız bundan sonra ordu...", - Zaxarova Teleqram kanalında yazıb.

Qeyd edək ki, İtaliya xarici işlər naziri Antonio Tayani bildirib ki, ittifaq sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.

Milli.Az


Etiketlər:  Zaxarovadan AB Əvvəlcə vaksin yaradın sonra ordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ