Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırğızıstanda prezidentin istəyi ilə yeni bayraq ucaldıldı - FOTO

Qırğızıstanda prezidentin istəyi ilə yeni bayraq ucaldıldı - FOTO

Tarix: 8 Yanvar 2024 14:26

Bişkekin baş meydanında ikinci dəfə Qırğızıstanın yeni bayrağı qaldırılıb. Bu dəfə artıq layihəsi parlamentin qəbul etdiyi və Prezident Sadır Japarovun təsdiqlədiyi dövlət bayrağı ucaldılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yanvarın 1-də səhvən fərqli dizaynlı bayraq quraşdırılmışdı.

Qırğızıstan 2023-cü il dekabrın 26-da rəsmi olaraq bayrağını dəyişib. Yeni rəmzdə bayraqdakı Günəşin şüalarının dalğavari forması düz formaya dəyişdirilib, xaçşəkilli dirəklərin sayı da artırılıb. 

Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insan belə şüaları günəbaxanlarla əlaqələndirib. Halbuki bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu da deyil.

Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.

Milli.Az


Etiketlər:  Qırğızıstanda prezidentin istəyi ilə yeni bayraq ucaldıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ