Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuri Xaçaturovun general oğlu yenidən həbs edilə bilər

Yuri Xaçaturovun general oğlu yenidən həbs edilə bilər

Tarix: 8 Yanvar 2024 22:50

Ermənistanda sabiq korpus komandirinin yenidən həbsi barədə müraciət olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorunun müşaviri Lusine Martirosyan bildirib.

Məlumata əsasən, Ermənistan Baş Prokurorluğu general-mayor Qriqori Xaçaturovun həbs edilməsi tələbi ilə Kassasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Qriqori Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğludur.

Sabiq korpus komandiri külli miqdarda korrupsiya əməlində ittiham olunub.

Xatırladaq ki, ötən ayın əvvəlində Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişilib. Məhkəmə general-mayor Qriqori Xaçaturov barəsində girov və inzibati nəzarət qətimkan tədbiri seçib.

Milli.Az


Etiketlər:  Yuri Xaçaturovun general oğlu yenidən həbs edilə bilər


RƏYLƏR