Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" neçə yoxlama oyunu keçirəcək?

Tarix: 9 Yanvar 2024 02:26

"Qarabağ" mövsümün ikinci hissəsi üçün təlim-məşq toplanışını davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin hazırlıq prosesi zamanı keçirəcəyi yoxlama oyununun sayı bəlli olub. Qurban Qurbanovun komandası toplanış zamanı cəmi bir hazırlıq matçında qüvvəsini sınayacaq. Bu, klubun mətbuat xidmətinin yanvar ayı üçün açıqladığı təqvimdən bəlli olub. 

Ağdam təmsilçi bu ay 3 oyun keçirəcək. Onlardan 1-i yoxlama, 2-si isə rəsmi matç olacaq. "Qarabağ" yanvarın 15-də "Zirə" ilə yoxlama matçında üz-üzə gələcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Yanvarın 23-də komanda eyni arenada "Araz Naxçıvan"ı qəbul edəcək, həmin ayın 26-28-i aralığında (dəqiq tarix müəyyənləşməyib) isə "Qarabağ" Tovuzda "Kəpəz"lə qarşılaşacaq. Son iki matç Misli Premyer Liqasının 19 və 20-ci turları çərçivəsində təşkil olunacaq.

Milli.Az


Etiketlər:  Qarabağ neçə yoxlama oyunu keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ