Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 13:54
"Multikulturalizm öz mahiyyətinə görə müxtəlif mədəniyyətlərin dağılmasını deyil, onların bərabər yaşayışını tələb edir. Bu baxımdan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunla tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bu hüquqlar ali qanunla - Konstitusiya ilə təmin olunub. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda "fərqlər"in saxlanmasına yönəlmiş dövlət siyasətini aydın görərik."
Sonxeber.net bildirir ki, bunu Ajmedia.info-ya "Magen David Azərbaycan" İnsan Hüquqları Mərkəzinin direktoru və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov ABŞ Dövlət Departamentinın Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibətin hökm sürdüyü, dindarlara qarşı təzyiqlərə dözümlü yanaşıldığı qənaəti nəticəsində qara siyahıya əlavə etməsinə fikir bildirərkən deyib.
"Biz Azərbaycanda uzun illər yaşamış digər dini və etnik qrupun üzvü, yəhudi olaraq ABŞ-ın Azərbaycana qarşı səsləndirdiyi qərəzlı mövqeyini rədd edirik. Bir daha Azərbaycanın dini azadlığından qidalanan nümayəndə olaraq bildirirəm ki, tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkana çevrilmiş Azərbaycan bu gün də bu funksiyaları uğurla yerinə yetirməkdədir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də konfessional baxımdan zəngindir.
Amma xoşbəxtlikdən, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların geniş yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri formalaşmış, milli, irqi və dini zəmində ayrı-seçkilik hallarına rast gəlinməmiş, azad, sərbəst yaşamagımız əsrlərdə olduğu kimi davam edir", - D.Silvestrov vurğulayıb.