Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bu məşhur idmançılara Rusiya vətəndaşlığı verdi - FOTO

Putin bu məşhur idmançılara Rusiya vətəndaşlığı verdi - FOTO

Tarix: 9 Yanvar 2024 18:32

Rusiya Prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona və Sankt-Peterburqun "SKA" klubunda çıxış edən kanadalı hokkeyçi Brandon Laypsikə Rusiya vətəndaşlığı verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlığının verilməsi ilə bağlı prezidentin fərmanına 44 nəfər daxildir.

Rəsmi saytda dərc olunan sənəddə Kalageorgi Andrey Leonun da Rusiya vətəndaşlığı aldığı bildirilir.

Krım Respublikası Baş nazirinin müavini Georgi Muradovun sözlərinə görə, Kalageorgi II Yekaterinanın nəslindəndir.

Həmçinin, 1999-cu ildə Yuqoslaviyadan ölkəyə gələn Ratko Samatsa da Rusiya vətəndaşlığı alıb. Bosniya və Herseqovina 1993-cü ildə törədildiyi iddia edilən müharibə cinayətləri ilə bağlı Ratko Samatsın ekstradisiyasında israr edirdi. 2016-cı ildə isə Rusiya Baş Prokurorluğu həmin şəxsin ekstradisiya olunmasına imtina edib.

Xatırladaq ki, boksçu Kevin Conson 2023-cü ilin sentyabrında vətəndaşlıq üçün müraciət edib. İdmançının nümayəndəsi bildirib ki, boksçu Rusiya prezidentinin şərəfinə Vladimiroviç ata adını götürüb.

Milli.Az


Etiketlər:  Putin bu məşhur idmançılara Rusiya vətəndaşlığı verdi FOTO


RƏYLƏR