Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı efirdən sonra nələr danışıblar? - Kameraarxası görüntülər - VİDEO

Qalmaqallı efirdən sonra nələr danışıblar? - Kameraarxası görüntülər - VİDEO

Tarix: 10 Yanvar 2024 09:45

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahanən mübahisəsi efir arxasında davam edib.

Milli.Az olay-a istinadən yazır ki, bu barədə aparıcı Elgiz Əkbər video paylaşıb. Kərimova Elzaya müraciət edərək bu sözləri deyib:

"Mən sizi çox istəyirəm, fəlsəfənizi başa düşüərm. Bədəninizin rahatlığı, ya düşüncənizin rahatlığı üçün belə geyinirsiniz?". 

Seyidcahan Xalq artistinə bunları söyləyib:

"Mən sizin qarşınızda baş əyirəm, ümid edirəm ki, inciməyəcəksiz. Siz o vaxt Cavan Zeynallı ilə oxuyanda açıq-saçıq geyinmişdiniz. Kürəyiniz açıq idi. Bunu sizə səhnə, gündəm məcbur elədi? Bədəninizin, ya  düşüncənizin rahatlığı üçün idi? Biz də baxdıq ki, Flora Kərimova beli açıq geyinib. Onda heç kim geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiz. Kürəyinizi, sinənizi açmısız. Mən də sizdən öyrənmişəm". 

E. Əkbər isə paylaşıma "Verilişin 3-cü hissəsindən sonra reklam arasında yaşananlar. Həmişə, sülh mehribanlıq olsun" qeydini yazıb.

Milli.Az


Etiketlər:  Qalmaqallı efirdən sonra nələr danışıblar Kameraarxası görüntülər VİDEO


RƏYLƏR