Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 15:46
Mühacir böhranı və artan inflyasiya Avropa ölkələrində sağçıları gücləndirir. İtaliyadan sonra Niderlandda hakimiyyətə gələn sağçı hərəkatının bütün Avropaya yayılacağı təxmin edilir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Oksford Universitetinin tədqiqatçısı Vladimir Bortunun araşdırmasında iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə sağçı partiyaların qələbəsinin mümkünlüyü qeyd edilib. "Europe Elects" adlı təşkilat sağçıların səsvermə nisbətlərinin rekord səviyyəyə yüksəldiyini bildirib.
Sağçı partiyalar arasında Niderlandda Geert Vildersin rəhbərlik etdiyi PVV, Fransada Marin Le Penin partiyası RN, Almaniyada AFD, Belçikada sağçı Vlaams Belanq kimi partiyalar da var.
Avropa Parlamentində 705 yerdən 60-na sahib olan sağçıların yerlərinin sayının tarixdə görünməmiş şəkildə artacağı gözlənilir.
Qeyd edək ki, Avropalılar 6-9 iyun tarixlərində Brüsseldə onları təmsil edəcək 705 millət vəkilini seçmək üçün sandıq başına gedəcək. 2024-cü il seçkiləri üçün Avropa Parlamentinin üzvlərinin sayının 720-yə yüksəldilməsi planlaşdırılır.