Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mario Balotelli Azərbaycandan təklif alıb

Mario Balotelli Azərbaycandan təklif alıb

Tarix: 10 Yanvar 2024 21:20

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola "mediagol.it" saytına açıqlamasında deyib.

O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib: "Çoxları mənimlə əlaqə saxlayır. Mario İtaliyaya qayıtmaq istəyir. Bu onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər".

Qeyd edək ki, hazırda Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.

Milli.Az


Etiketlər:  Mario Balotelli Azərbaycandan təklif alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ