Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Karyeramın ən əxlaqlı işinin içində olduğunu düşünürdüm''

''Karyeramın ən əxlaqlı işinin içində olduğunu düşünürdüm''

Tarix: 10 Yanvar 2024 23:20

Türkiyəli aktyor Özcan Dəniz baş rolunu canlandırdığı "Kızıl goncalar" serialı barədə paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor ekran işinin cəza alaraq iki bölüm yayımlanmamasına münasibət bildirib:

"Əxlaq keşikçisi deyiləm. Lakin karyeramın ən əxlaqlı işinin içində olduğunu düşünürdüm. Serial dramatik şəkildə əxlaqsızlıqda günahlandırıldı. Həm də əxlaqsızlıq dənizin içindən seçilərək. Yanvarın 22-dən yenidən ekranlardayıq".

Qeyd edək ki, baş rollarını Özgü Namalla Özcan Dənizin paylaşdığı ekran işi barədə Türkiyədə Radio və Televiziya Ali Şurasına şikayət edilmişdi. Qurum məzhəblərin və camaatın iç üzünü uydurma şəkildə izah edən serialın "milli və milli mənsubiyyətə" zidd olduğunu əsas gətirərək 9 milyon lirə pul cəzası vermişdi.

Milli.Az


Etiketlər:  Karyeramın əxlaqlı işinin içində olduğunu düşünürdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ