Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gigi Hadid evlənir - FOTOlar

Gigi Hadid evlənir - FOTOlar

Tarix: 11 Yanvar 2024 14:15

Bir müddətdir tanınmış aktyor Bredli Kuperlə sevgili olan dünyaca məşhur model Gigi Hadid ərə gedir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük münasibətlərini ciddiləşdirmək qərarına gəlib. 

Belə ki, "Snayper", "Limitsiz" və "Trickster" filmləri ilə tanınan Bredli Kuper sevgilisi ilə anası Qloriya Kampanonu bir araya gətirib. Onların Santa Monikadakı bir restoranda nahar etməsi cütlüyün münasibətlərinin ciddiliyi ilə bağlı fikirləri təsdiqləyib. 

Qeyd edək ki, Gigi Hadid daha əvvəl uzun müddət müğənni Zeyn Maliklə sevgili olub. Belə ki, onların bu münasibətdən 2021-ci ildə bir qızları dünyaya gəlib. 28 yaşlı model daha sonra isə Leonardo Di Kaprio ilə birlikdə idi.

Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən 6 yaşlı Lea De Seine adlı bir qızı var. Cütlük ayrılsa da, tez-tez görüşür və tətilə çıxırlar.

Milli.Az


Etiketlər:  Gigi Hadid evlənir FOTOlar


RƏYLƏR