Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə İrana yerini göstərdi: İstəməsə də, dəhliz açılacaq!

Türkiyə İrana yerini göstərdi: İstəməsə də, dəhliz açılacaq!

Tarix: 11 Yanvar 2024 15:36

Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün olduqca önəmlidir. Bu dəhlizin açılması 10 noyabr 2020-ci il Azərbaycan-Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb. Rusiya tərəfi də Azərbaycanla Naxçıvan arasında əlaqə qurulmasında maraqlı olduğunu bəyan edib.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

"Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi ilə bağlı açıqlaması reallığa əsaslanır. 2028-ci ildə bu layihənin icrası reallaşacaq. Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir. Pekini Londona bağlayan bir xəttdir. Ona görə də, Azərbaycan və Türkiyə bu məsələdə sıx əməkdaşlıq edir. Bu istiqamətdə işlər uğurla icra olunur", - deyə o qeyd edib.

Sabiq səfir hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı İranın yanaşması, bu məsələyə qarışması qəbuledilməzdir:

"İran öz işləri ilə məşğul olsa daha yaxşı olar. Türkiyə və Azərbaycanın milli maraqları daha önəmlidir. Xüsusi olaraq da bu dəhliz türk dünyasını birləşdirəcək. Ona görə də, İranı "bunu istəmir", - deyə bir anlayış mövcud deyil. Nəhayət, İranın bu prosesə normal yanaşması gözlənilir. Bu baxımdan İranın qəbuledilməz açıqlamaları heç bir məntiqə sığmır. İranın guya bölgəyə NATO-nun gələcəyini ifadə etməsi heç bir məna kəsb etmir. Türkiyə NATO ölkəsi olaraq İranla qonşu dövlətdir. Bu baxımdan da dəhlizin İrana NATO kontekstindən təsiri olmayacaq. Burada Tehranın maraqlarına ziyan olacaq məsələləri gündəmə gətirməsi də əsassızdır".

Hulusi Kılıça görə, Avropaya açılacaq bu dəhlizlə idxal və ixrac məsələsində istiqamət dəyişəcək:

"Bu əsas xətt Azərbaycanla Türkiyənin nəzarətinə keçəcək. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövrlərdə İran buradan istifadə etdi. Amma yekunda ortada bir reallıq var. İndi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan İranla sərhədlərinə artıq tam nəzarəti öz əlinə alıb. Ona görə də, bu məsələdə İranın etirazlarını qəbul etmək mümkün deyil. Tehranın Ermənistanla coğrafi bağlantılarının kəsilməsini, Gürcüstanla əlaqələrinin azalacağını iddia etməsi də birtərəfli yanaşmadır. Çünki burada İranın maraqları varsa, Azərbaycanla, Türkiyənin də maraqları mövcuddur. Türkiyə burada Zəngəzur dəhlizindən İrana da bir bağlantı yaratmağı təklif edir. Bu da qonşuluq əlaqələrinə əsaslanır. Məqsəd İranın da dəhlizdən yararlanmasını təmin etməkdir. Amma bütün bunlara baxmayaraq bölgənin ümümi maraqları kontekstində bu dəhliz reallaşmalıdır. Qarşıdakı 5 ildə bu layihənin icrasının başa çatacağı və 2028-ci ildə fəaliyyətə başlayacağı qaçılmazdır. Hər kəs də bunu qəbul etməlidir".

Milli.Az


Etiketlər:  Türkiyə İrana yerini göstərdi İstəməsə dəhliz açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ