Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

London meri: “Aİ-dən çıxış Britaniya iqtisadiyyatına 140 milyard funta başa gəlib”

London meri: “Aİ-dən çıxış Britaniya iqtisadiyyatına 140 milyard funta başa gəlib”

Tarix: 11 Yanvar 2024 21:24

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyatına 140 milyard funt sterlinqə (178 milyard ABŞ dolları) başa gəlib, 2035-ci ilə qədər isə bu rəqəm iki dəfədən çox artaraq 311 milyard funt sterlinqə (398 milyard ABŞ dolları) çata bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə London meri Sadiq Xan bildirib.

"Artıq indi aydındır ki, "Brexit" işləmir. "Brexit" iqtisadiyyatı aşağı sürükləyir və ölkədə yaşayış dəyərinin bahalaşmasına gətirib çıxarır. Ona görə ərzaq qiymətləri yüksəlir, ev təsərrüfatlarının xərcləri artır, mehmanxana və restoran biznesi, tikinti və maliyyə xidmətləri kimi vacib sahələrdə işləmək çətinləşir", - müxalifətdəki Leyboristlər Partiyasını (İşçi Partiyası) təmsil edən S.Xan deyib.

Onun sözlərinə görə, Britaniyanın "Brexit"ə görə ödəməyə məcbur olduğu qiymətin yaratdığı böhranı ancaq yetkin yanaşma və avropalı qonşularla ticarət əlaqələri qurmaqla aradan qaldırmaq olar.

Qeyd edək ki, son sorğulara əsasən, builki parlament seçkilərində Mühafizəkarlar Partiyasını ciddi fərqlə qabaqlaya biləcək Leyboristlər Partiyası Aİ və Böyük Britaniya arasında münasibətlərin, xüsusən də ticarət sahəsində əlaqələrin gücləndirilməsi üçün təcili danışıqların aparılmasının tərəfdarıdır. S.Xanın sözlərinə görə, London tərəfdən bir neçə güzəşti nəzərdə tutacaq Brüssellə yeni müqavilə krallıqda iqtisadiyyatı canlandıracaq və həyat standartlarını yaxşılaşdıracaq, eyni zamanda gələcəkdə daha sürətli iqtisadi artım üçün zəmin yaradacaq.

Milli.Az


Etiketlər:  London meri dən çıxış Britaniya iqtisadiyyatına 140 milyard funta başa gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ