Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 10:48
Ötən gün Türkiyədə "İlin Ulduzları" mükafatlandırma mərasimi baş tutub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecədə diqqət çəkənlərdən biri də aktrisa Seranay Sarıkaya olub. Mükafat almaq üçün kürsüyə çıxan Serenay "Yenə mən" deyə qışqırıb.
Həmin görüntülər sosial mediada yayılaraq gündəm olub.
O, tədbirdə "2023-cü ilin ən yaxşı serial aktrisası" mükafatına layiq görülüb. Serenayın rol aldığı "Şahmaran" serialı isə "2023-cü ilin ən çox bəyənilən dijital platforma serialı" seçilib.
Qeyd edək ki, aktrisa "Ailə" serialında "Devin" obrazını canlandırır.