Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da yeni funksiya olacaq

“WhatsApp”da yeni funksiya olacaq

Tarix: 12 Yanvar 2024 11:24

Populyar "WhatsApp" ani mesencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma alətləri - kodlar bloku, sitatlar və siyahılar bloku olacaq. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq.

Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə biləcək. Bunun üçün mətnin qarşısına ">" işarəsi əlavə etməlisiniz. Siyahılar məlumatı təşkil etməyə kömək edir. "Siyahınızı yaratmaq üçün mətninizi "*", "-" və ya rəqəmlərlə başlayın", -  deyə ekspertlər bildiriblər.

Yeni funksiya "Google Play Store"dan "Android" üçün "WhatsApp"ın ən son beta versiyasını yükləmiş beta testerlər üçün əlçatandır. Gözlənilir ki, seçim yaxın günlərdə adi istifadəçilər üçün də əlçatan olacaq.

Milli.Az


Etiketlər:  WhatsAppda yeni funksiya olacaq


RƏYLƏR