Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 13:40
Teleaparıcı Xoşqədəm Hidayətqızı növbəti dəfə efirdən ultimatum göndərib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, o, "Səni Axtarıram" verilişdə ikiüzlülükdən gileylənib:
"İnsanlarda neçə sifət var?! Deyir, utanmasan, oynamağa nə var ki. Bu utanmaz, xaraktersiz, minsifətli insanlar mənim adımdan necə danışa bilir?!
Mən xaraktersiz insanlardan uzağam, məni çox yerdə görə bilməzsiniz. Çünki mənim bir sifətim var!
Pulunu itirdiyin zaman heç bir şeyini itirmirsən, sağlığını itirəndə bir şeyini itirirsən, amma xarakterini itirdinsə, hər şeyini itirirsən".
X.Hidayətqızı ad çəkmədən ondan halallıq istəyən şəxs haqqında açıqlama verib:
"Mən Xoşqədəm Hidayətqızıyam, hər şeyimi özüm yaratdım, kimisə kopya etmədim, kiminsə çörəyinə bais olmadım, amma halallıq vermədiklərim var. Elə insanlar olub ki, zəng vurub ki, halallıq alsın, heç telefonunu açmamışam, səs atıb qulaq asıb cavab belə yazmamışam, çünki layiq bilməmişəm. Sən kimsən ki, sənə halallıq verəm?!
13 ildir əziyyət çəkirəm və utanmaz insanları sevmirəm! Bir insan utanmaq hissini itiribsə, bu faciədir. Belə insanların 40 üzü belə yoxdur, mən 40 üzlü insanı çıraqla axtarıram, onların milyon üzü var! Səhər insanları maraqlı salamladım, dedim ki, yaxşılara, günaydın, pislər oyanmasa da olar".