Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək

Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək

Tarix: 12 Yanvar 2024 17:52

Son vaxtlar Ermənistanda əsgər analarının hərbçilərə hücumu, hərbçilərin qətlə yetirilməsi və orduda intihar hallarının artması hökuməti sərt addımlar atmağa vadar edib. Bu addımlardan biri də Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin müstəntiqlərinə avtomat silah gəzdirmək hüququnun verilməsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi bununla bağlı qanun layihəsini parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edib. Layihənin müzakirəsi zamanıo bildirilib ki, qanunun qəbulundan sonra Baş Hərbi İstintaq İdarəsinin müstəntiqləri avtomat silahlar gəzdirmək hüququna malik olacaqlar.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan deyib ki, bu təklif hərbi müstəntiqlərin işinin xüsusiyyətləri ilə bağlıdır və yalnız onlar müstəntiqlər belə silah gəzdirə biləcəklər. Qanunvericilik təşəbbüsünün mahiyyəti vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunla həll etməkdir.

Layihənin yaxın vaxtlarda parlamentdə qəbul olunacağı bildirilir.

Milli.Az


Etiketlər:  Ermənistanda bu şəxslər avtomat silah gəzdirə biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ