Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 22:06
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz artıraraq 101,2 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Dekabr ayında Türkiyə Rusiyaya sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,1 faiz azaldaraq 7,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.
2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.