Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana maliyyə axınları ARTIB

Azərbaycana maliyyə axınları ARTIB

Tarix: 12 Yanvar 2024 22:12

2023-cü ilin IV rübündə Azərbaycanda maliyyə axını 43,3 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.

Sonxeber.net bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9 %), topdan və pərakəndə ticarət (13,6%) və tikinti (9,9 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1,9 milyard manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,8 milyard manat artım) olub.


Etiketlər:  Azərbaycana maliyyə axınları ARTIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ