Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Manuel Noyer "Bavariya"nın heyətində 500-cü oyununu keçirib - FOTO

Manuel Noyer

Tarix: 13 Yanvar 2024 07:44

"Bavariya"nın qapıçısı Manuel Noyer komandasının heyətində 500-cü oyununu keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "Opta Franz" statistik portalı məlumat yayıb.

Onun 500-cü oyunu Almaniya çempionatının XVII turunun "Bavariya" və "Hoffenhaym"ın qarşılaşmasına təsadüf edib. Komandalar Münhendəki (Almaniya) "Allyans Arena"da oynayıblar. Manuel Noyer meydana start heyətində daxil olub.

Qeyd olunur ki, matçların sayına görə Noyer Bastian Şvaynştaygerə bərabərdir. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) "Bavariya"nın heyətində daha çox oyun keçirib.

Münhenlilər "Hoffenhaym"la oyuna yanvarın 7-də dünyasını dəyişən Frans Bekkenbauerin xatirəsinə ehtiram əlaməti olaraq xüsusi formada çıxıb.

"Bavariya" 2023/2024 mövsümündə Bundesliqa turnir cədvəlində ikinci yerdədir. Komanda 16 oyunda 41 xal toplayıb. "Hoffenhaym" 24 xalla 7-ci yerdədir. Almaniya çempionatının turnir cədvəlinə "Bayer" (42 xal) başçılıq edir.

Milli.Az


Etiketlər:  Manuel Noyer Bavariyanın heyətində 500 oyununu keçirib FOTO


RƏYLƏR