Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülər bu yolda cərimələndi - Sürət həddi 70 qoyulub, amma... - VİDEO

Sürücülər bu yolda cərimələndi - Sürət həddi 70 qoyulub, amma... - VİDEO

Tarix: 13 Yanvar 2024 18:10

Goranboyda bir yolda sürət həddini göstərən yol nişanı dəyişdirilib. Lakin sürəti ölçən texniki vasitələr yeni nişanın tələbinə uyğun uyğunlaşdırılmayıb. Ona görə də sürücülərə cərimə gəlib. Düzdü, "Xəzər Xəbər"in çəkilişindən sonra problem aradan qaldırılıb. Bəs indiyə qədər cərimə edilən sürüclərin aqibəti necə olacaq? Onların ödədikləri cərimə pulları geri qaytarılacaqmı?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sürcülərin narazılığına səbəb olan radar Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisində quraşdırlıb.

Burada yol nişanı dəyişsə də sürücülər köhnə qaydaya uyğun cərimələnir.

Sürət həddi saatda 70 kilometr göstərildiyi halda sürücülər qaydalara uyğun olaraq  hərəkət  ediblər. Lakin buna baxmayaraq radara düşüb cərimələniblər.

Sürücü Yasin Nəbiyev bildirib ki, əvvəl həmin radardan öndə saatda 60 kilometr sürət işarəsi qoyulmuşdu. Bir müddət sonra isə həmin sürət həddini göstərən işarə 70-lə əvəzləndi. Amma radarın sürəti ölçməsi isə saatda 60 kilometrdə qalıb. Ona görə də orada 71-73-75 km/saatla hərəkət edən sürüclər cərimələnir. 

Həmin yolda hərəkət edən marşrut sürücüləri də radarın düzgün işləmədiyini iddia edirlər. Radara çatmadan öncə qoyulan 70 işarəsinin onları çaşdırdığını və nəticədə cərimə olunduqlarını bildirirlər.

Sürücülər üçün yaranan problem "Xəzər Xəbər"in çəkilişindən sonra öz həllini tapıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin ərazidə məsuliyyətə cəlb olunanlar Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər.

O da qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılacaq və vətəndaşlara köməklik göstəriləcəkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sürücülər yolda cərimələndi Sürət həddi qoyulub amma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ