Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb

Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb

Tarix: 14 Yanvar 2024 00:12

Alimlər Ekvadorun Amazon meşələrində azı 2,5 min il əvvəl salınmış yaşayış məntəqələri şəbəkəsini aşkarlayıblar.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Science" elmi jurnalı yazıb.

Ərazidə qazıntı işləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Stefan Rostenin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən aparılıb. Rostenin komandası Amazon meşələrində alimlərin əvvəlki kəşflərindən min il daha qədim yaşayış məskənləri aşkar edib. Jurnal yazır ki, insanlar təxminən eramızdan əvvəl V əsrdən eramızın III-VI-cı əsrlərinə qədər Upano vadisində yaşayış məntəqələrində yaşayıblar.

Bildirilir ki, arxeoloqlardan ibarət qrup Upano vadisində 300 kvadrat kilometr ərazidə beş böyük və 10 kiçik yaşayış məntəqəsi aşkarlayıb.

Hər bir qəsəbədə bir çox yaşayış və mərasim binalarının izləri var. Yaşayış məntəqələrini birləşdirən yollar şəbəkəsi onların eyni vaxtda mövcud olmasını göstərir.


Etiketlər:  Amazon meşələrində illik yaşayış məskənləri aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ