Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe PSJ-də qala bilər

Mbappe PSJ-də qala bilər

Tarix: 14 Yanvar 2024 08:16

"PSJ"nin fransalı hücumçusu Kilian Mbappe ona təklif edilən şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "LEquipe" nəşri məlumat yayıb.

Bildirilib ki, yanvarın əvvəlində məzuniyyətdən sonra Mbappenin "PSJ"nin prezidenti Nasser Əl-Xelaifi ilə keçirdiyi görüşdə müqavilənin şərtləri müzakirə olunub.

Onun həmçinin klubda qalmaq səbəbi "Real Madrid"in Mbappe qarşısında qoyduğu ultimatum ola bilər. Belə ki, futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.

Mbappe 2018-ci ildən "PSJ"də çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır, ona görə də futbolçu artıq "Real Madrid" ilə ilkin müqavilə imzalaya bilər. Mətbuatda yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılıb.

Bu mövsüm Mbappe "PSJ"nin heyətində bütün turnirlərdə, 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Mbappe PSJ qala bilər


RƏYLƏR