Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nasist salamı İtaliyanı bir-birinə qatdı - VİDEO - FOTO

Nasist salamı İtaliyanı bir-birinə qatdı - VİDEO - FOTO

Tarix: 14 Yanvar 2024 16:00

Romada yüzlərlə insan neofaşist partiyasının keçmiş qərargahı qarşısında nasist salamı verib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bina "İtaliya qardaşları" partiyasına (qurucusu ölkənin baş naziri Corciya Melonidir) məxsusdur.

Kadrlar İtaliyada böyük səs-küyə səbəb olub. Ölkənin müxtəlif partiyalarının liderləri bunu Avropa demokratiyası üçün rüsvayçılıq, qəbuledilməz davranış adlandırıblar, bəzi siyasətçilər isə prokurorluqla əlaqə saxlayıblar.

Siyasətçilər nasist salamı verənlərlə yanaşı, Meloninin partiyasını da fəaliyyətsizlikdə ittiham ediblər. Hətta hökumət başçısı bu hadisəni şərh etməyib.

Yerli mediada bildirilir ki, ölkədə hər il oxşar mitinqlər keçirilir və Baş nazir Meloni bu nümayişi dəstəkləyir.


Etiketlər:  Nasist salamı İtaliyanı birinə qatdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ