Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 19:06
Ukraynanın müdafiə sənayesi artilleriya sursatlarının istehsalı ilə bağlı böyük çətinlik yaşayır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.
"Ən çətini artilleriya döyüş sursatının istehsalıdır, çünki bu, dünyada qlobal miqyasda qıtdır. Onun istehsalı üçün komponentlər - partlayıcı maddələr və barıt dünyada azdır. Bu, təkcə Ukraynaya deyil, həm də Avropa Birliyi və ABŞ-a aiddir",- Kamışin bildirib.