Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 20:00
Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, 38 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı çempionatının klubları maraqlanır. Onun karyerasını sözügedən ölkədə davam etdirəcəyi yüksək qiymətləndirilir. Modriç yayda azad agent kimi başqa komandaya keçə bilər.
Xatırladaq ki, xorvatiyalı futbolçu 2012-ci ildən "kral" klubunda çıxış edir. Bu mövsüm Modriç Madrid təmsilçisinin heyətində 22 matçda iştirak edib, 1 qol vurub və 5 qolun ötürməsini verib.