Mühəndislər proqramlaşdırıla bilən robot əl hazırlayıblar
Tarix: 12 Noyabr 2019 15:04
Yaponiya və Fransadan olan beynəlxalq mühəndislər qrupu istifadəçiyə obyektlərlə qarşılıqlı əlaqədə olmağa imkan verən iki daşınan robot əl hazırlayıb. Yenilik “SIGGRAPH Asia 2019” konfransında təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, istifadəçinin belinə quraşdırılmış hər bir robot əlin biləyində barmaq hərəkətlərinin idarəetməsi üçün kontroller var. Barmaqlar ayrı-ayrılıqda hərəkət edə, yumruq formasında bükülə və ya açıla bilər. Bu, qurğunu daha cəld və hərəkətli etməyə imkan verir.
Məlumata görə, robot əl ağır əşyaların qaldırılması zamanı istifadəçiyə kömək edə bilər.