Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin FİFA-nın tədbirinə gəlməməsinin SƏBƏBİ

Messinin FİFA-nın tədbirinə gəlməməsinin SƏBƏBİ

Tarix: 16 Yanvar 2024 16:30

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerika klubunun məşqini buraxmaq istəmədiyi üçün FİFA-nın 2023-cü ilin ən yaxşı futbolçusu seçilən "The Best" mərasimində iştirak etməmək qərarına gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Qulema Balaqe X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Mənbənin məlumatına görə, argentinalı futbolçu "İnter Mayami"nin yeni mövsümünə ən yaxşı şəkildə hazırlaşmaq arzusunda olduğunu bildirib. Öz növbəsində, yanvarın 15-də Londonda keçirilən mərasimdə iştirak etmək Messinin bir neçə günlük məşq prosesini buraxmasına səbəb ola bilərdi.

36 yaşlı futbolçunun Avropadan fərqlənən MLS futbol təqviminə tez uyğunlaşmaq istədiyi üçün "İnter Mayami" ilə mövsümöncəsi məşq üçün son dərəcə məsuliyyətli olduğu vurğulanır.

Milli.Az


Etiketlər:  Messinin FİFA nın tədbirinə gəlməməsinin SƏBƏBİ


RƏYLƏR