Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SEPAH komandirlərinə sui-qəsd cəhdi edildi

SEPAH komandirlərinə sui-qəsd cəhdi edildi

Tarix: 16 Yanvar 2024 17:54

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Şərdraz bölgəsində bomba partladılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, hərbi bazanın qarşısında partladılan bomba bölgəyə səfər edən yüksək rütbəli SEPAH komandirlərinin olduğu hərbi avtomobilin keçdiyi yolda quraşdırılıb.

Partlayış səsi nəticəsində yaxınlıqdakı mənzillərin şüşələrinin qırıldığı, sakinlərin təşvişə düşdüyü bildirilib.

İranşəhr fərmandarlığının yaydığı məlumatda insan tələfatının olmadığı qeyd edilib.

Milli.Az


Etiketlər:  SEPAH komandirlərinə sui qəsd cəhdi edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ