Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 20:10
İstanbulun Fatih şəhərində motosiklet kuryeri Yunus Emre Göçeri vuraraq öldürdüyü iddia edilən Somali prezidentinin oğlunun məhkəməsində qərar verilib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, məhkəmə, müttəhimi "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" maddəsi ilə 27 min 300 Lirə pul cəzalandırıb.
Xatırladaq ki, 30 Noyabr 2023-cü ildə Fatihdə, Aksaray istiqamətində Kennedi küçəsində, Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mohamudun motosiklet kuryeri Yunus Emre Göçeri (38) Somali konsulluğuna məxsus avtomobillə vurduğu iddia edilir.
Ağır yaralanaraq xəstəxanaya aparılıb və həyatını itirib. Qəzadan sonra şübhəli Mohamud polis bölməsində ifadə verdikdən sonra əvvəlcə sərbəst buraxılıb, daha sonra xaricə çıxışına qadağa qoyulub.
Ağır yaralı kuryerin ölüm xəbəri ilə şübhəli haqqında həbs qərarı çıxarılsa da, şübhəlinin 2 dekabr 2023-cü ildə Türkiyəni tərk etdiyi müəyyənləşib.