Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 03:04
Avstraliyada 20 yaşlı qız gecə yatağında yatarkən çox təhlükəli zəhərli ilan onu sancıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Qərbi Daunsda (Cənub-Şərqi Kvinslend) baş verib.
Burada qız öz evində qəhvəyi ilanın hücumuna məruz qalıb. Gənc qadın yorğanının altından çıxan heyvanın şəklini çəkə bilib. Həkimlər gələnə qədər qıza yaxınları kömək edib, sonra ona bir doza antidot verilib. Artıq vəziyyəti stabil olan qız helikopterlə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, qızın vəziyyəti ağır olaraq qalır, lakin stabilləşib.
Qeyd edək ki, qəhvəyi ilan dünyanın ən zəhərli ilanları sırasında ikinci yerdədir. O, tam sürətlə qaçan insanı ötməyə qadirdir. Qurban dişləmədən sonra müalicə edilməzsə, beyində iflic və həddindən artıq qanaxma baş verə bilər. Bu heyvanın zəhəri sinir, ürək əzələ və böyrək hüceyrələrini məhv edən neyrotoksinlər, kardiotoksinlər və nefrotoksinlərin olması ilə tanınır.