Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

Tarix: 17 Yanvar 2024 20:16

"Telegram" mesencerində maraqlı funksiya işə salınıb. Yenilik audio və videoismarışlarla bağlıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artıq istifadəçilər ilk dinləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə bilərlər.

Bunun üçün audiomesaj yazarkən üzərində "1" rəqəmi olan düymə seçilir, nəticədə alıcı onu yalnız bir dəfə dinləyə biləcək.

Bənzər funksiya videomesajları yazarkən də işləyir.

Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və videomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə ediblər.

Funksiya tətbiqin yenilənmiş versiyasında mövcuddur.

Milli.Az


Etiketlər:  Telegramdan audio videomesajla bağlı möhtəşəm yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ