Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardidən ''Qalatasaray'' azarkeşlərinə SEVİNDİRİCİ XƏBƏR

İkardidən ''Qalatasaray'' azarkeşlərinə SEVİNDİRİCİ XƏBƏR

Tarix: 17 Yanvar 2024 20:44

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi bir ay sonra yenidən yaşıl meydanlara qayıdır.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, o, "Trabzonspor"la matçda forma geyinəcək.

Məlumata görə, "Fənərbağça" derbisində üzündən aldığı zərbə nəticəsində üz sümüklərində sınıqlar yaranan Mauro İkardi təxminən 3 həftədir ki, müalicəsini İstanbuldan kənarda davam etdirir və klubun verdiyi proqrama uyğun olaraq çalışırdı.

O, bu axşam saat 22.30 radələrində İstanbula dönəcək və sabah klub həkimləri tərəfindən qulaq-burun-boğaz və üzünü yoxlatdıracaq. Daha əvvəl heç bir əməliyyata ehtiyacı olmadığı bildirilən ulduz futbolçu 3 gün məşq edib, şənbə günü komanda ilə Trabzona yollanacaq.

Qeyd edək ki, "Trabzonspor"-"Qalatasaray" matçı yanvarın 21-i saat 20:00-da start götürəcək. 


Etiketlər:  İkardidən Qalatasaray azarkeşlərinə SEVİNDİRİCİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ