Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 20:48
Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midelton abdominoplastika əməliyyatı keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şahzadə xəstəxanada müalicəsini davam etdirir. Bu səbəbdən onun aprelin ortalarınadək dövlət tədbirlərində iştirak etməyəcəyi qeyd olunub.
Bir neçə gün öncə Keyt Midelton əməliyyat üçün London Klinikasını seçdiyi barədə paylaşım edib. Həkimləri isə onun səhhəti ilə bağlı açıqlama yayıblar.
"Əməliyyat uğurlu keçdi. Şahzadənin sağalmasını davam etdirməsi üçün 10-14 gün xəstəxanada qalacağı gözlənilir", - məlumatda deyilir.