Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 21:20
Dünyaca məşhur rəssamlar Pablo Pikasso və Mark Şaqalın 2020-cu ildə oğurlanan iki rəsm əsəri Belçikada tapılıb.
Sonxeber.net qafqazinfo.az-a xəbər verir ki, bu barədə məlumatı Belçikanın "La Libre" qəzeti yayıb.
Həmin il israilli kolleksiyaçıdan Təl-Əvivdə oğurlanan rəsm əsərləri Namyur şəhərinin bir sakinində aşkar edilib. Hazırda sözügedən şəxsə qarşı ittiham irəli sürülüb və həbs edilib.
Əsərlər evin zirzəmisində bükülmüş vəziyyətdə tapılıb. Burada söhbət Pikassonun "Tête", Şaqalın isə "L'Homme en Prière" əsərindən gedir. Onların ümumi qiyməti təqribən 900 min dollar olaraq qiymətləndirilir. Bu rəsm nümunələri ilə yanaşı 680 min dollar dəyərində müxtəlif bəzək əşyalarının da oğurlandığı bildirilib.