Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinkenin təyyarəsi xarab oldu

Blinkenin təyyarəsi xarab oldu

Tarix: 17 Yanvar 2024 22:08

ABŞ dövlət katibi Antoni Blinken təyyarənin xarab olması səbəbindən İsveçrədən ABŞ-a gec qayıdıb.

Milli.Az report.az-a istindən xəbər verir ki, dövlət katibi Vaşinqtona qayıtmalı olduğu "Boeing 737" təyyarəsində yaranan texniki problem səbəbindən Ümumdünya İqtisadi Forumunda iştirak etdiyi İsveçrəni planlaşdırıldığı kimi tərk edə bilməyib.

Təyyarədə oksigen sızması aşkar edilib və onu aradan qaldırmaq mümkün olmayıb.

Ehtiyat uçuşun tutumu az olduğu üçün bir çox amerikalı diplomatlar və mətbuat işçiləri ticarət uçuşları ilə ABŞ-a qayıtmaq məcburiyyətində qalıblar.

Milli.Az


Etiketlər:  Blinkenin təyyarəsi xarab oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ