Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı alt paltarı - FOTOlar

Dünyanın ən bahalı alt paltarı - FOTOlar

Tarix: 18 Yanvar 2024 02:02

Moda dünyasının məşhur və dəbdəbəli markalarından biri olan "Miu Miu" indi təsəvvür belə edə bilmədiyimiz işləri görür. Xüsusilə ayaqqabıları və çantaları ilə hər kəsin diqqətini çəkən lüks marka, 2023-cü il mövsümündə çıxardığı alt paltarlarının qiyməti ilə rekord qırdığı üçün hazır geyimdə yeniliklər etməyi hədəfləyib.

Milli.Az sfera.az-a istinadən  "Miu Miu" markasınln hazırladığı bahalı alt paltarlarını təqdim edir.

Moda ilə maraqlanırsınızsa, mütləq "Miu Miu" markasını görmüsünüz. Əslində, bu marka "Prada" ilə əlaqəli bir moda evidir.

"Miu Miu" sosial mediada təsir edənlərin tez-tez üstünlük verdiyi ayaqqabı və çantaların əvəzsiz dayanacağıdır. Təbii ki, onun lüks brend olduğunu deməyə ehtiyac yoxdur. 1993-cü ildə Miuccia Prada təxəllüsü ilə açılan brend qeyd etdiyimiz kimi, "Prada"dan asılıdır.

Paris Moda Həftəsində 2023-cü ilin payız/qış kolleksiyası ilə podiuma çıxan "Miu Miu" ötən il maraqlı məhsulları ilə pərəstişkarlarının qarşısına çıxıb.

Bu məhsullardan biri də podiumda görünən kombinasiya tərzi ilə təəccübləndirən alt paltarı olub.

Məşhur moda brendinin son kolleksiyasında ən diqqət çəkən hazır geyimlər seriyası onların qısa tumanlarıdır. Bəli, düz eşitdiniz...

Bu son kolleksiyada ipək və yun alt paltarları sözün əsl mənasında sərvət qarşılığında satılır. Modelyerlərin açıqlamalarına görə, bu alt paltarları bəlkə də dünyada indiyə qədər alına biləcək ən bahalı alt paltarı olacaq.

Qiymətə gəlincə, təxminən 9500 azn, yəni 5600 dollardır. Alt paltarı üçün böyük şou...

8700-9500 Azn arası satışa çıxarılan bu alt paltarları "Nice Laundry" markasının 1400 dollar dəyərində qızıl toxunmuş kişi tumanları və "Gucci"nin 4000 dollar dəyərində kristal örtüklü ipək korsetindən qat-qat bahadır.

Əgər dəli olub onu almaq istəsəniz, təəssüf ki, qızılı rəngi nə bizdə, nə də Türkiyə saytında yoxdur. Ancaq "çəhrayı qaşlısı mənə yaraşar" desəniz, 7 min Azn-ə Türkiyədən ala bilərsiniz.

Eyni kolleksiya ilə 1500 Azn dəyərində ikiqat kaşmir qısa tuman və 2.200 Azn dəyərində çiçək naxışlı neylon alt paltarı da satışdadır.

Milli.Az


Etiketlər:  Dünyanın bahalı paltarı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ