Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Qırğızıstana sement ixracı 28 milyon dolları ötdü

Türkiyənin Qırğızıstana sement ixracı 28 milyon dolları ötdü

Tarix: 18 Yanvar 2024 10:36

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıraraq 28,9 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Qırğızıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 95,8 faiz azaldaraq 244,6 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Qırğızıstana sement ixracı 28 milyon dolları ötdü


RƏYLƏR