Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəyin oğurlanması” süni intellektin təqdimatında - VİDEO

“Bəyin oğurlanması” süni intellektin təqdimatında - VİDEO

Tarix: 19 Yanvar 2024 13:20

Süni intellekt vasitəsilə "Bəyin oğurlanması" filmindən elçilik səhnəsi aktyorların səsləri saxlanılmaqla ingilis dilinə çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, video bir sıra sosial media hesablarında paylaşılıb.

Qeyd edək ki, 1985-ci ildə çəkilmiş bu film, Azərbaycan kino sənətinin unudulmaz əsərlərindən biri olaraq qalır. Film, Ceyhun Mirzəyev və Vaqif Mustafayevin rejissorluğu ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Əsas rolları Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar) və digər tanınmış aktyorlar ifa ediblər. Filmdə Azərbaycanın toy adətləri haqqında film çəkmək istəyən, lakin bunu bacara bilməyən bir rejissorun hekayəsindən bəhs olunur. 

Milli.Az


Etiketlər:  Bəyin oğurlanması süni intellektin təqdimatında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ