Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı və İrəvana yardım üçün hər şey edirik - Kopırkin

Bakı və İrəvana yardım üçün hər şey edirik - Kopırkin

Tarix: 19 Yanvar 2024 15:00

Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maksimum köməklik göstərməyə hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

"Rusiya bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib və fəaliyyətini davam etdirir. Rusiyanın təşəbbüsü ilə nələrin edildiyini sadalamayacağam. Demək istərdim ki, Rusiya bu prosesə maksimum köməklik göstərməyə, Ermənistan və Azərbaycan arasında həqiqətən də davamlı, ədalətli sülh nizamlanmasına nail olmağa qəti sadiqdir", - o bildirib.

Kopırkin qeyd edib ki, Moskva regionda sabit sülhün olmasında maraqlıdır:

"Münasibətlərin normallaşması prosesini dəstəkləyirik və Rusiya həmişə çox fəal şəkildə bu istiqamətdə bütün aspektlərdə işləməyə hazır olduğunu vurğulayıb: istər sülh müqaviləsinin bağlanması, istər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, istərsə etimad quruculuğu tədbirlərinin, o cümlədən vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı, istərsə də kommunikasiyaların açılması".

Səfir əlavə edib ki, müvafiq üçtərəfli strukturlar yaradılıb və Rusiya bu strukturlarda fəal iştirak edir:

"Təbii ki, qərarı tərəflər verir, bu, onların suveren məsələsidir. Ancaq bir daha deyirəm: Rusiya bu istiqamətdə fəal işə sadiq olub, qalır və sadiq qalacaq. Cənubi Qafqaz regionu bizim üçün çox vacibdir və regionun sülh, sabitlik, firavan olması Rusiya üçün həyati əhəmiyyətlidir".

Milli.Az


Etiketlər:  Bakı İrəvana yardım üçün hər şey edirik Kopırkin


RƏYLƏR