Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 17:08
Xəbər verdiyimiz kimi, dünən Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfir bu gün Rusiya XİN-ə gedib.
Diplomat Xarkovda Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində fransalı muzdlu döyüşçülərin ölməsi ilə əlaqədar çağırılıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb.