Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Prezident seçkiləri ilə əlaqədar bütün proseslər müvəffəqiyyətlə davam edir”

“Prezident seçkiləri ilə əlaqədar bütün proseslər müvəffəqiyyətlə davam edir”

Tarix: 19 Yanvar 2024 18:20

"Prezident seçkiləri ilə əlaqədar bütün proseslər müvəffəqiyyətlə davam edir". 

Milli.Az Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova Penitensiar xidmətdə keçirilən seminar-müşavirədə deyib.

A.Muxtarova ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb.

Həmçinin bildirib ki, prezident seçkiləri ilə əlaqədar bütün proseslər seçki qanunvericiliyinin tələbləri və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.

Milli.Az


Etiketlər:  Prezident seçkiləri ilə əlaqədar bütün proseslər müvəffəqiyyətlə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ