Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onların Aygün Kazımovaya etdiyi rəzillikdir'''' - VİDEO

''Onların Aygün Kazımovaya etdiyi rəzillikdir'''' - VİDEO

Tarix: 19 Yanvar 2024 18:55

Müğənni Damla Xalq artisti Aygün Kazımovanın instaqram hesabının oğurlanmasına münasibət bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" proqramında bu haqda danışan Damla bunları əlavə edib:

"Aygün Kazımovanın səhifəsinin bağlanması bilmirəm buradan edilib, yoxsa başqa ölkədən. Düşünürəm ki, normal, şüuru, zehni olan bunu etməz. Bunun harası rəqabətdir? Kimisə yıxım, tapdalayım ki, rəqabətdir? Rəzillikdir, rəqabət yox. Bilirsiniz nəyə bənzəyir: mən sən ola bilmirəm, bacarmıram. Ancaq gücüm buna çatır. Yara keçib gedir. Sən bundan sonra Allahın səndə açdığı yaralara bax. Heç kimin haqqına girə bilmərəm. Bilmirəm kim edib. Xarici hakkerlərin hücumudur, yoxsa sapı özümüzdən olan paltalardır".

Qeyd edək ki, A.Kazımovanın 1,4 milyon izləyici olan instaqram hesabı bir neçə gün əvvəl oğurlanıb.


Etiketlər:  Onların Aygün Kazımovaya etdiyi rəzillikdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ