Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 21:38
"Səbail" bu qış ilk transferini reallaşdırıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Quetanı heyətinə qatıb. Klub onunla 1,5 illik müqavilə imzalayıb.
Queta son olaraq Portuqaliyanın 2-cidivizion təmsilçisi "Mafra"da çıxış edib. O, "Portu"nun yetirməsidir və karyerası ərzində "Farense", "Çerno More" və "Vilafranquense" klublarının da formasını geyinib.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.